04 Noyabr 2026, 10:46
FUTBOL
Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinin dördüncü turunda tarixi rekorda imza atıb. Matc.az xəbər verir ki, Paris təmsilçisi İspaniyanın "Vilyarreal" komandası ilə oyunda start fitindən sonra cəmi 17 dəqiqə ərzində dörd qol vurub.
Bu nəticə ilə PSJ turnir tarixində ən tez dörd qol vuran komanda olub. Bundan əvvəlki rekord 2011-ci ilin noyabrında Zaqreb "Dinamo"su ilə görüşdə ilk 20 dəqiqədə dörd dəfə fərqlənən İspaniyanın "Real" klubuna məxsus idi.
Qeyd edək ki, həmin qolları Joao Neves (9-cu dəqiqə), Dezire Due (12-ci dəqiqə), Senni Mayulu (13-cü dəqiqə) və Fabian Ruis (17-ci dəqiqə) vurub.








_1793787088.jpg)




