Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Sabah” Norveçdə “Vikinq”in qonağı olacaq. Matc.az xəbər verir ki, Stavangerdə keçiriləcək qarşılaşma Azərbaycan və Norveç klubları arasında avrokuboklarda 9-cu oyun kimi tarixə düşəcək. İndiyədək Azərbaycan təmsilçiləri Norveç klubları ilə 8 dəfə üz-üzə gəliblər.  
 
Ölkə klublarının Norveç təmsilçiləri ilə ilk dueli 2009/2010 mövsümündə baş tutub. Həmin vaxt “Qarabağ” Avropa Liqasının III təsnifat mərhələsində “Rusenborq”la qarşılaşıb. Səfərdə qolsuz heç-heçə edən Ağdam klubu Bakıda 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
 
2013/2014 mövsümündə “İnter” (Bakı) Avropa Liqasının II təsnifat mərhələsində “Tromsö” ilə üz-üzə gəlib. Norveçdə keçirilən ilk oyunda təmsilçimiz 0:2 hesabı ilə uduzub. Bakıda 1:0 hesablı qələbə qazansa da, mərhələni adlamaq mümkün olmayıb.
 
2020/2021 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” Norveçin “Molde” klubu ilə qarşılaşıb. Pandemiya səbəbindən neytral meydanda keçirilən biroyunluq duelin əsas və əlavə vaxtı qolsuz başa çatıb. Penaltilər seriyasında isə Norveç təmsilçisi 6:5 hesabı ilə üstün olub.
 
2023/2024 mövsümündə komandalar yenidən üz-üzə gəliblər. Avropa Liqasının qrup mərhələsində “Qarabağ” Bakıda “Molde”ni 1:0 hesabı ilə məğlub edib. Səfər görüşündə isə 2:2 hesablı heç-heçə qeydə alınıb.
 
Azərbaycan və Norveç klublarının son dueli 2024/2025 mövsümündə baş tutub. Avropa Liqasının Liqa mərhələsində “Qarabağ” səfərdə “Budyo/Qlimt”ə 2:1 hesabı ilə qalib gəlib.
 
Beləliklə, Azərbaycan klubları Norveç təmsilçiləri ilə əvvəlki 8 qarşılaşmada üstün statistikaya malikdirlər. “Sabah” bu ənənəni davam etdirməyə çalışacaq.
 
Qeyd edək ki, “Vikinq” və “Sabah” indiyədək bir-biri ilə qarşılaşmayıb. Bu, hər iki komanda üçün müvafiq ölkənin klublarına qarşı ilk oyun olacaq.
 
 

Qarşılaşma

Nəticə

Azərbaycan klubu

“Rusenborq” – “Qarabağ”

0:0

Heç-heçə

“Qarabağ” – “Rusenborq”

1:0

Qələbə

“Tromsö” – “İnter”

2:0

Məğlubiyyət

“İnter” – “Tromsö”

1:0

Qələbə

“Qarabağ” – “Molde”

0:0 (pen. 5:6)

Məğlubiyyət*

“Qarabağ” – “Molde”

1:0

Qələbə

“Molde” – “Qarabağ”

2:2

Heç-heçə

“Budyo/Qlimt” – “Qarabağ”

1:2

Qələbə

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest