“Əlbəttə, bu klubda əsas məsələ yaxşı oyun nümayiş etdirmək, nəticə qazanmaq və qalib gəlməkdir. Biz bunu çox yaxşı başa düşürük”. Matc.az xəbər verir ki, bunu “Mançester Yunayted”in kapitanı Bruno Fernandes deyib.

Mançester təmsilçisi Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda İtaliyanın “Roma” klubunu 3:2 hesabı ilə məğlub edib.

Portuqaliyalı yarımmüdafiəçi komandanın bütün turnirlərdə doqquz oyun davam edən qələbəsiz seriyasının sona çatması ilə bağlı fikirlərini bölüşüb: “Xeyli vaxt keçmişdi və qələbələrin olmaması həm azarkeşlər, həm də bizim üçün çətin idi. Lakin biz buna düzgün yanaşdıq – gözlənilən bir hal kimi qəbul etdik. Azarkeşlər qələbələr görmək istəyirlər. Ümid edirəm ki, bugünkü uğur bizim üçün yaxşı şeylərin başlanğıcı olar”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest