Misli Premyer Liqasında X turun oyunlarına yekun vurulub. Matc.az xəbər verir ki, turun bu gün keçirilən iki qarşılaşması başa çatıb.

“Araz-Naxçıvan” Şamaxıda “Zirə” ilə üz-üzə gəlib. Gərgin keçən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. “Qəbələ” isə doğma meydanda “Qarabağ”ı qəbul edib. Bu qarşılaşmada qapılara qol vurulmayıb.

Qeyd edək ki, turun daha əvvəl keçirilən oyununda “Turan Tovuz” doğma meydanda “Sabah”ı 3:2 hesabı ilə məğlub edib.

Misli Premyer Liqası

X tur

31 oktyabr (şənbə)

17:30. “Qəbələ” – “Qarabağ” – 0:0

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev, Cavid Cəlilov (VAR), Kamran Bayramov (VAR)

Qəbələ şəhər stadionu

15:00. “Araz-Naxçıvan” – “Zirə” – 2:2

Qollar: Patrik Andrade, 22 (1:0), Ağadadaş Salyanski, 62 (2:0), Eren Aydın, 69 (2:1), Mehdi Mişahşah, 87 (2:2)

Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Zeynal Zeynalov (AVAR)

Şamaxı şəhər stadionu

1 noyabr (bazar)

15:00. “Şamaxı” – “Neftçi”

17:30. “Kəpəz” – “İmişli”

2 noyabr (bazar ertəsi)

19:00. “Sumqayıt” – “Şəfa”

30 oktyabr (cümə)

“Turan Tovuz” – “Sabah” – 3:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest