UEFA Çempionlar Liqasının liqa mərhələsinin dördüncü turunda "Barselona" doğma meydanda "Aston Villa"nı 3:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, görüşdən sonra Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik oyunun nəticəsini şərh edib.
Almaniyalı mütəxəssis qələbəni vacib nailiyyət kimi qiymətləndirib:
"Bu, əhəmiyyətli nailiyyət idi. Çox güclü rəqiblə qarşılaşırdıq. Müdafiədə inamlı çıxış etdik. Hər bir futbolçu qapımızı toxunulmaz saxlamaq üçün əlindən gələni etdi. Bununla belə, hələ görüləsi çox iş var. Bütün oyunçular əla matç keçirdilər. Komanda şəklində yığcam qaldıq və öz cərimə meydançamız daxilində ağıllı müdafiə olunduq".
Flik matç zamanı zədələnən yarımmüdafiəçi Rodri barədə də danışıb. Baş məşqçi bildirib ki, futbolçu əzələlərində narahatlıq hiss etdiyini bildirib və onun durumuna aydınlıq gətirmək üçün müayinələrin nəticələri gözlənilir. Komandanın qarşıda "Atletiko" ilə oyunu olduğunu xatırladan mütəxəssis matça qədər bərpa olunmaq üçün dörd gün vaxtlarının olduğunu qeyd edib.
Qeyd edək ki, "Barselona" noyabrın 25-də "Sabah"ın qonağı olacaq.









_1793787088.jpg)



