"Mən beş dəqiqə ərzində üç qol vuran komandalar görmüşəm. Əgər biz belə qısa müddət ərzində bu qədər qol buraxsaydıq, "Vilyarreal"ın üzləşdiyi çətinliklərlə biz də qarşılaşardıq"
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının liqa mərhələsinin dördüncü turunda "Vilyarreal" üzərində qazanılan darmadağınlı (6:0) qələbəni şərh edib. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis oyunun gedişatını və komandasının turnirdəki əsas hədəfini vurğulayıb:
"Mən beş dəqiqə ərzində üç qol vuran komandalar görmüşəm. Əgər biz belə qısa müddət ərzində bu qədər qol buraxsaydıq, "Vilyarreal"ın üzləşdiyi çətinliklərlə biz də qarşılaşardıq. Dörd oyunda iyirmi qol? Bunun heç bir mənası yoxdur. Madriddəki finalda yalnız bir qalib olacaq və bizim məqsədimiz orada çempion olmaqdır. Əvvəlki mövsümlərdə biz liqa mərhələsində ilk səkkizliyə belə düşmədən kuboku qazanmışıq".
Bu qələbədən sonra xallarını 12-yə çatdıran PSJ Çempionlar Liqasının liqa mərhələsində turnir cədvəlinə təkbaşına başçılıq edir. 3 xalı olan "Vilyarreal" isə 29-cu pillədə qərarlaşıb.








_1793787088.jpg)




