47 yaşlı mütəxəssislə anlaşmanın detalları klub tərəfindən açıqlanmayıb. Türkiyə mediasının məlumatına görə, tərəflər 1,5 illik müqavilə imzalayıblar.
“Fənərbaxça” İsmayıl Kartalın istefasından sonra yeni baş məşqçisini açıqlayıb. Matc.az xəbər verir ki, komandanı Emre Belözoğlu çalışdıracaq.
47 yaşlı mütəxəssislə anlaşmanın detalları klub tərəfindən açıqlanmayıb.
Türkiyə mediasının məlumatına görə, tərəflər 1,5 illik müqavilə imzalayıblar.
Belözoğlu “Fənərbaxça”da futbolçu kimi 2008-2012 və 2019-2020-ci illərdə çıxış edib, klubun kapitanı olub. O, 2020-2021-ci illərdə idman direktoru işləyib və komandaya müvəqqəti də rəhbərlik edib. Həmin dövrdə komandanın başında 10 oyun keçirən Belözoğlu 7 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət qeydə alıb.
Kartal “Qalatasaray”a 1:2 uduzduqdan sonra istefa verib, komanda isə Superliqada liderdən 6 xal geridə, 5-ci pillədə qalıb.
Məlumata görə, son anda Konseysao variantı baş tutmadığı üçün seçim Belözoğlunun üzərində dayanıb, o, “Liverpul”la oyunda komandanı meydana çıxaracaq.













