04 Noyabr 2026, 10:32
TOP OYUNLARI
CEV Çempionlar Liqası 2026/2027 mövsümünün III təsnifat mərhələsinin səfər görüşündə “Turan” Bolqarıstanın “Maritza Plovdiv” komandasını 3:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, qələbədə mühüm rol oynayan Yang Hanyu qarşılaşmanın ən dəyərli oyunçusu (MVP) seçilib.
Voleybolçumuz görüşü 15 xalla başa vuraraq, komandanın ən məhsuldar oyunçusu olub. Onun 4 xalı blokdan gəlib.
Qeyd edək ki, Plovdivdə keçirilən oyun “Turan”ın 3:0 (25:22, 25:22, 25:20) hesablı qələbəsi ilə nəticələnib.









_1793787088.jpg)




