“Beşiktaş”ın Avropa Liqasının V turunda “Hapoel" (Beer-Şeva) ilə keçirəcəyi oyun öncəsi Gürcüstan səfərində problem yaranıb.

Matc.az xəbər verir ki, İsrail təmsilçisi ilə qarşılaşma üçün Gürcüstana yollanan İstanbul klubunun təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Batumiyə eniş edə bilməyib. Bu səbəbdən komandanın səfəri gecikib.

Qeyd edək ki, “Beşiktaş” noyabrın 26-da Batumi stadionunda “Hapoel Beer-Sheva” ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest