25 Noyabr 2026, 18:51
FUTBOL
“Bavariya”nın baş məşqçisi Vensan Kompani komandasının oyun planı və taktiki yanaşması barədə danışıb.
Matc.az xəbər verir ki, belçikalı mütəxəssis UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Lill”lə (Fransa) keçiriləcək oyundan əvvəl mətbuat konfransında fikirlərini bölüşüb.
“Müxtəlif yaradıcı ideyalar irəli sürmək mümkündür. Lakin hansısa fikir ağlımıza gəldi deyə bütün yenilikləri eyni anda tətbiq etməyə çalışmayacağıq. Futbolçuların hazırkı forması, performansı, oyun vaxtı və əvvəlki nəticələri nəzərə alaraq nəyin daha uyğun olduğunu müəyyənləşdiririk”, – deyə Kompani bildirib.













