“Bavariya”nın futbolçusu Camal Musiala sağlamlıq vəziyyəti ilə bağlı yaranan müzakirələr fonunda klub rəhbərliyinə güzəştə gedib.
Matc.az xəbər verir ki, “Sport Bild” nəşrinin məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi şəxsi həkimlərinin əlində olan tibbi sənədlərə və digər məlumatlara klubun şəffaf çıxış əldə etməsinə razılıq verib.
Bildirilir ki, Musialanın müalicəsi “Bavariya”nın klub həkimləri və ya nevroloqları tərəfindən deyil, futbolçunun özünün seçdiyi iki mütəxəssis tərəfindən aparılır. Hər iki həkim tibbi məxfiliyə riayət etməyə borcludur.
Bu vəziyyət klub daxilində narazılığa səbəb olub. Müşahidə Şurasının nüfuzlu üzvləri Uli Höness və Karl-Haynz Rummenigge futbolçunun səhhəti barədə kifayət qədər məlumat əldə edə bilmədiklərindən narahatlıq keçiriblər. “Stern” nəşrinin məlumatına əsasən, klub rəhbərliyinin bəzi nümayəndələri Musialanı və onun məsləhətçilərini sağlamlıq vəziyyəti ilə bağlı məlumatları, o cümlədən futbolçunun ötən həftənin bazar ertəsi yaşadığı son huş itirmə epizodunu gizlətməkdə şübhəli biliblər.
Rummenigge ötən cümə günü məsələ ilə bağlı açıq mövqe sərgiləyərək Musialanın əvvəlki oyun səviyyəsinə qayıda biləcəyini su













