25 Noyabr 2026, 00:56
FUTBOL
Baş məşqçi bu məğlubiyyətin turnirin ilk səkkizliyində yer almaq şanslarını azaltdığını, buna baxmayaraq, müsbət düşünməyə davam etdiyini qeyd edib.
UEFA Çempionlar Liqasının liqa mərhələsində “Qalatasaray”a 0:1 hesabı ilə məğlub olan “Aston Villa”nın baş məşqçisi Unay Emeri qarşılaşmadan sonra fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis ilk hissədə komandasının fantastik oyun nümayiş etdirdiyini bildirib.
O, bu müddətdə topa və mövqe üstünlüyünə sahib olduqlarını, lakin ikinci hissədə hücumda çox az şey etdiklərini söyləyib. Emeri “Qalatasaray”ın dörd künc zərbəsindən birini qola çevirməyi bacardığını vurğulayıb.
Baş məşqçi bu məğlubiyyətin turnirin ilk səkkizliyində yer almaq şanslarını azaltdığını, buna baxmayaraq, müsbət düşünməyə davam etdiyini qeyd edib.
Emeri qarşılaşmanın baş hakimi, almaniyalı Daniel Zibertin idarəçiliyindən də narazılığını gizlətməyib. O, qoldan sonra vaxt itkisi səbəbindən oyunun davam etdirilməsinin çətinləşdiyini və əlavə vaxtın cəmi 5 dəqiqə olmasını ədalətli hesab etmədiyini bildirib.













