“Mançester Yunayted”in futbolçusu Eydən Heven qış transfer pəncərəsində klubu tərk edə bilər.
Matc.az xəbər verir ki, bu barədə BBC Sport məlumat yayıb.
20 yaşlı müdafiəçi baş məşqçi Maurisio Poçettinonun təyinatından sonra kifayət qədər oyun vaxtı almamasından və inkişaf perspektivlərindən narahatdır. İngiltərəli futbolçu əsasən icarə əsasında komandadan ayrılmağa üstünlük versə də, birdəfəlik transfer variantını da nəzərdən keçirməyə hazırdır.
Hevenlə “Barselona” və “Fulhem” klubları yaxından maraqlanır. Hər iki komanda futbolçunu 2025-ci ilin fevralında “Arsenal”dan “Mançester Yunayted”ə keçməzdən əvvəl də heyətinə qatmağa çalışıb.
Qeyd edək ki, müdafiəçinin İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Sözləşmədə müddətin daha bir mövsüm uzadılması bəndi də yer alıb. Heven 2026/2027 mövsümündə bütün turnirlərdə 8 oyunda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.













