Çempionlar Liqasının V turunda “Real Madrid” PSV-ni məğlub edib. Matc.az xəbər verir ki qarşılaşmadan sonra İspaniya təmsilçisinin  baş məşqçisi Joze Mourinyo komandasının çıxışını dəyərləndirib, xüsusilə Cud Bellingemin oyunundan razı qaldığını bildirib:
 
“O, hər şeyə malik, fiziki cəhətdən güclü, texnikalı, oyunu yaxşı anlayan və böyük ambisiyaya sahib futbolçudu. Bu gün matçın gedişatını dəyişdi. Mənim üçün şübhəsiz ki, dünyanın ən yaxşı yarımmüdafiəçisidi”.
 
Portuqaliyalı mütəxəssis ilk hissədə komandasının oyunundan tam razı qalmadığını da gizlətməyib. Mourinyo fasilədə futbolçularla səhvləri müzakirə etdiyini, ikinci hissədə isə daha yaxşı çıxış etdiklərini vurğulayıb.
 
Qeyd edək ki, “Real Madrid” PSV üzərində 5:1 hesablı qələbə qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest