Bu qələbə “Əl-Nəsr”in turnirdə üçüncü uğuru olub. Səudiyyə Ərəbistanı təmsilçisi 9 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. İki xalı olan “Əl-Sədd” isə 14-cü yerdədir.

Asiya Çempionlar Liqasının liqa mərhələsinin V turunda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu doğma meydanda Qətərin “Əl-Sədd” komandasını 2:1 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, qarşılaşmada hesabı 13-cü dəqiqədə Kriştiano Ronaldo penaltidən vurduğu qolla açıb. Qonaqlar 23-cü dəqiqədə Məhəmməd Vaadın qolu ilə tarazlığı bərpa ediblər. “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Joao Feliks 52-ci dəqiqədə fərqlənərək komandasına qələbə qazandırıb.
 
Birinci hissəyə əlavə olunmuş vaxtda rəqibinə tüpürən Məhəmməd Vaad birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
 
Bu qələbə “Əl-Nəsr”in turnirdə üçüncü uğuru olub. Səudiyyə Ərəbistanı təmsilçisi 9 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. İki xalı olan “Əl-Sədd” isə 14-cü yerdədir.
 
Növbəti turda dekabrın 8-də “Əl-Nəsr” səfərdə Qətərin “Əl-Qarafa” klubu ilə qarşılaşacaq. “Əl-Sədd” isə dekabrın 7-də İraqın “Əl-Quva” komandasını qəbul edəcək.
 
Xatırladaq ki, liqa mərhələsinin sonunda hər qrupda ilk səkkiz yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest