Burukun sözlərinə görə, komanda çoxsaylı qol imkanları yaratmasa da, ikinci hissədə rəqibə qapısı qarşısında təhlükə yaratmağa imkan verməyib. O, Premyer Liqa təmsilçisi ilə mübarizədə fiziki üstünlük qazanmağın vacibliyini də qeyd edib.

UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Qalatasaray” doğma meydanda “Aston Villa”nı 1:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk komandasının çıxışını dəyərləndirib.
 
Türkiyəli mütəxəssis bu matçın komandasının cari mövsümdəki ən yaxşı oyunlarından biri olduğunu bildirib. O, taktiki və fiziki baxımdan futbolçularının yüksək səviyyədə çıxış etdiyini vurğulayıb.
 
Burukun sözlərinə görə, komanda çoxsaylı qol imkanları yaratmasa da, ikinci hissədə rəqibə qapısı qarşısında təhlükə yaratmağa imkan verməyib. O, Premyer Liqa təmsilçisi ilə mübarizədə fiziki üstünlük qazanmağın vacibliyini də qeyd edib.
 
Baş məşqçi azarkeşlərin dəstəyini xüsusi vurğulayaraq futbolçuları ilə fəxr etdiyini bildirib. O, qələbəni ölkə futbolu üçün də əhəmiyyətli hesab edib.
 
Qeyd edək ki, görüşdə yeganə qolu 77-ci dəqiqədə meydana sonradan daxil olan Deniz Gül vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest