“Bavariya”nın hücumçusu Luis Dias zədədən sonrakı vəziyyəti barədə danışıb. Matc.az xəbər verir ki, kolumbiyalı futbolçu hazırda özünü yaxşı hiss etdiyini və yaxın vaxtlarda komanda ilə məşqlərə, daha sonra isə oyunlara qayıtmağa ümid etdiyini bildirib.
 
“Özümü çox yaxşı hiss edirəm. Düşünürəm ki, tezliklə yenidən oynaya biləcəyəm. Növbəti matçda iştirak edib-etməyəcəyim hələ dəqiq deyil. Ancaq yenidən komandanın sərəncamında olacağıma görə şadam. Meydana çıxmağı səbirsizliklə gözləyirəm”, – deyə Dias bildirib.
 
Qeyd edək ki, Münhen təmsilçisinin hücum xəttində Diasla yanaşı, İsmayıl Saibari, Camal Musiala, Serj Qnabri, Maykl Olise və Harri Keyn də müxtəlif vaxtlarda zədə səbəbindən komandanın oyunlarını buraxıblar.
 
“Bavariya”nı noyabrın 25-dən dekabrın 13-dək gərgin oyun qrafiki gözləyir. Münhen klubu bu müddət ərzində Bundesliqa və UEFA Çempionlar Liqasında ümumilikdə altı qarşılaşmaya çıxacaq. Komanda “Lill”, “Hamburq”, “Herta”, “Paderborn”, “Slaviya” və “Hoffenhaym”la üz-üzə gələcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest