“Qarabağ”ın Azərbaycan Premyer Liqasda qol həsrəti 4 oyuna çatıb. Matc.az xəbər verir ki, Ağdam klubu 12-ci turda “Kəpəz”lə Gəncədəki görüşdə də rəqib qapısına yol tapa bilməyib.
 
Qurban Qurbanovun yetirmələri buna qədər “Sabah”, “Qəbələ” və “Turan Tovuz”la görüşlərdə də fərqlənməyi bacarmayıb. Komanda ilk iki rəqiblə qolsuz bərabərə qalıb, tovuzlulara isə 0:1 hesabı ilə məğlub olub.
 
“Qarabağ” axırıncı dəfə çempionatın 8-ci turunda “Neftçi” ilə ev oyununda qol vurub. Ağdamlılar 3:3 hesabı ilə başa çatan matçın sonuncu – 90+4-cü dəqiqəsində məğlubiyyətdən qurtulublar. Ondan bəri komanda 360 dəqiqədir qol üzünə həsrətdir.
 
“Qarabağ” sonuncu qələbəsini isə oktyabrın 11-də, 7-ci turda “İmişli” ilə səfər görüşündə əldə edib – 2:0. Yəni komanda bir aydan çoxdur aktivinə 3 xal yazdıra bilmir.
 
Qeyd edək ki, “Qarabağ” çempionatda növbəti oyununu noyabrın 29-da evdə “Sumqayıt”a qarşı keçirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest