“Yuventus”un baş məşqçisi Luçano Spaletti İtaliya A Seriyasında 600-cü matçına çıxıb.
 

Matc.az xəbər verir ki, yubiley qarşılaşmasında Turin təmsilçisi 12-ci turda doğma meydanda “Venesia”nı 4:0 hesabı ilə məğlub edib.

Spaletti İtaliya çempionatı tarixində bu göstəriciyə çatan altıncı baş məşqçi olub. O, hazırda fəaliyyətini davam etdirən mütəxəssislər arasında isə ikinci yerdədir.

İtaliyalı çalışdırıcı 2025-ci ilin noyabrından “Yuventus”a rəhbərlik edir. Onun rəhbərliyi altında Turin klubu A Seriyasında 40, bütün turnirlərdə isə 55 oyun keçirib.

Spaletti daha əvvəl “Empoli”, “Udineze”, “Roma”, “İnter” və “Napoli” klublarını çalışdırıb.

Qeyd edək ki, “Venesia” üzərində qələbədən sonra 21 xala malik “Yuventus” A Seriyasının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest