Madeira Regional Hökumətinin keçmiş prezidenti Alberto Joao Jardim Portuqaliya millisinin Kriştiano Ronaldoya göstərdiyi ehtiram jestini tənqid edib. Matc.az xəbər verir ki, bu barədə “A Bola” nəşri  məlumat yayıb.
 
Belə ki, Millətlər Liqasında Danimarka ilə keçirilən oyundan əvvəl Portuqaliya millisinin futbolçuları meydana üzərində Ronaldonun adı və simvolik 7 nömrəsi olan xüsusi formalarla çıxıblar. Onları meydana müşayiət edən uşaqlar da eyni formalarda olublar.
 
Alberto Joao Jardim bu addımı zövqsüz və mənasız jest kimi qiymətləndirib:
 
“Futbolçuların meydana 7 nömrəli formalarla çıxması absurd fikirdir və mənə zövqsüz addım kimi görünür. Üstəlik, düşünürəm ki, bu, Ronaldo ilə belə razılaşdırılmayıb. Əks halda, o da mərasimdə iştirak edərdi. Bütün bunları sadəcə özünü göstərmək cəhdi hesab edirəm. Bu addım Ronaldoya onun adı ilə meydana çıxan bütün heyətdən narazı qalmaq üçün əsas verir”.
 
Qeyd edək ki, Portuqaliya millisinin bu jesti Ronaldonun yığmadakı xidmətlərinə ehtiram əlaməti olaraq həyata keçirilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest