“Barselona”nın müdafiəçisi Jül Kunde zədədən sonra hələ də komanda ilə ümumi məşqlərə qoşulmayıb. Matc.az xəbər verir ki, bu barədə İspaniyanın “Sport” nəşri məlumat yayıb.
 
28 yaşlı fransalı futbolçu hazırda klubun məşq bazasında fizioterapevtlərin nəzarəti altında fərdi proqram üzrə çalışır. “Barselona”nın tibbi heyəti və baş məşqçisi Hans-Diter Flik onun bərpasına ehtiyatla yanaşırlar. Kataloniya klubu müdafiəçi tam hazır vəziyyətə gəlmədən onun meydana qayıtmasını istəmir.
 
Kundenin La Liqanın 13-cü turunda “Vilyarreal”la keçiriləcək oyunda iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil.
Qeyd edək ki, fransalı futbolçu oktyabrın sonunda La Liqada “Real Betis”lə qarşılaşmada (5:2) topuq bağlarından zədə almışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest