“Zenit” Rusiya Premyer Liqasının 12-ci turunda Mahaçqalanın “Dinamo”sunu 2:0 hesabı ilə məğlub edib. Qarşılaşmada dörd dəfə penalti nöqtəsi göstərilməsi diqqət çəkib. Matc.az xəbər verir ki, ilk hissədə qonaqların futbolçusu Miro penalti zərbəsindən yararlana bilməyib.
 
60-cı dəqiqədə Felipe Auqusto penaltini dəqiq yerinə yetirərək “Zenit”i önə keçirib. 75-ci dəqiqədə Maksim Qluşenkov ikinci qolu vurub.
 
Əlavə vaxtda “Zenit”in qapısına daha bir penalti təyin olunub. Lakin Kevin Andrade zərbəni dəqiq yerinə yetirə bilməyib.
 
Beləliklə, “Zenit” üç xalı qazanaraq turnir cədvəlinin liderliyinə yüksəlib.
 
Mahir AXUND

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest