Bu gün “Barselona” Madrid “Real”ını qəbul edəcək. Matc.az xəbər verir ki, oyundan əvvəl atmosfer hakimlik və korrupsiya iddiaları ilə qızışıb.
 
“Real”ın rəsmi televiziya kanalı “Barselona”nın “RefCam” kamerasına düşən “Betis” oyunu söhbətlərindən istifadə edərək, Hansi Flikin futbolçularını hakim qərarlarına təsir göstərməkdə ittiham edib.
 
Kanalın iddiasına görə, “Real” derbidə “17 hakimlə” üz-üzə qalacaq: meydandakı üç hakim, dördüncü hakim, VAR və köməkçisi, eləcə də “Barselona”nın 11 oyunçusu. Futbolçu Fermin Lopes isə “Real”ın şikayətlərinin artıq “yorucu” olduğunu bildirib.  
 
Bu ay “Real” UEFA-ya 50 min səhifəlik sənəd təqdim edib və araşdırmanın bitirilməsini tələb edib. İş 2001–2018-ci illərdə “Barselona”nın hakim komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Negreyranın şirkətinə ödənişlərlə bağlıdır. Ödənişlərin məbləği 7 milyon avrodan çoxdur. Klub bunların hakimlik üzrə texniki hesabatlar üçün olduğunu bildirir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest