23 Oktyabr 2026, 19:59
FUTBOL
Bakı və Sumqayıtda yaşayan gəncəli fanatlar da "SOCAR Polymer Arena"ya təşrif buyuracaqlar
Sabah Premyer Liqanın IX turu çərçivəsində Sumqayıtda "Şəfa"ya qarşı çıxış edəcək "Kəpəz"i 200 azarkeş dəstəkləyəcək. Matc.az xəbər verir ki, bu oyunla əlaqədar "sarı-göylər"in hər 4 fan-klubu - "Xəmsə", " Kapaz Ultras", "Zona-20" və "Cavad xan"ın üzvləri xüsusi ayrılmış avtobuslarla səfərə gedəcəklər.
Eyni zamanda Bakı və Sumqayıtda yaşayan gəncəli fanatlar da "SOCAR Polymer Arena"ya təşrif buyuracaqlar.
Xatırladaq ki, "Şəfa" - "Kəpəz" matçı sabah saat 16:30-da başlanacaq.













