Serbiyalı Nenad Laloviç növbəti dəfə Dünya Güləş Birliyinin (UWW) prezidenti seçilib. Matc.az xəbər verir ki, bu barədə UWW-nin mətbuat xidməti məlumat yayıb.
 
68 yaşlı funksioner seçkidə yeganə namizəd olub.
 
Dünya Güləş Birliyinin Konqresi Qazaxıstanın paytaxtı Astanada keçirilir.
 
Xatırladaq ki, Nenad Laloviç 2014-cü ildən etibarən UWW-nin prezidenti vəzifəsində çalışır. O, 2015-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest