"Bavariya”nın sabiq qapıçısı və keçmiş rəhbərlərindən olan Oliver Kan Almaniya millisinin baş məşqçisi Yurgen Kloppun Münhen təmsilçisinin Çempionlar Liqasında "Arsenal"la heç-heçə etdiyi (2:2) qarşılaşmadan sonrakı fikirlərinə reaksiyasını bildirib.
Klopp xüsusilə Harri Keynin meydandakı mövqeyi və müdafiə taktikası ilə bağlı təəccübünü gizlətməmişdi:
"Keyni yarımmüdafiə zonasında, rəqibə təzyiq göstərilən ərazidə görəndə... Mənim üçün bu... Baxın, mən “futbol papası” deyiləm, amma bu qərarın arxasında duran məntiqi anlaya bilmədim".
Oliver Kan isə milli komandanın baş məşqçisinin klub daxilindəki taktikaları bu şəkildə kütləvi müzakirəyə çıxarmasını doğru hesab etməyib:
"Bu, məndə belə bir sual doğurdu: o, hazırda milli komandanın baş məşqçisi kimi çıxış edir, yoxsa hələ də futbol eksperti kimi? Onun dedikləri bir futbol ekspertindən gözləniləcək cür mülahizələrdir. Və təbii ki, bunu klubun baş məşqçisinə - Vinsent Kompaniyə yönəlmiş tənqid kimi də qəbul etmək olar. Düşünürəm ki, Klopp bunu anlamalıdır.
Hər şey o vaxt başlamışdı – Yulian Nagelsmann haqqında dediyi fikirlərlə. Məncə, bu, çox mübahisəli bir yanaşma idi – hərçənd, bəlkə də sadəcə emosional bir partlayış idi.
Həmçinin düşünürəm ki, bu məsələ məşqçilər arasındakı peşəkar həmrəyliyə də toxunur.













