Fransa çempionatında 8-ci tur çərçivəsində keçirilməsi planlaşdırılan PSJ – “Lion” qarşılaşmasının vaxtı ölkədə gözlənilən iğtişaşlar səbəbindən dəyişdirilib. Matc.az xəbər verir ki, əvvəlcə 25 oktyabr tarixinə planlaşdırılan prinsipial oyun oktyabrın 26-na keçirilib. Bu barədə Fransa Peşəkar Futbol Liqası (LFP) rəsmi bəyanat yayıb:
“LFP polis orqanları tərəfindən təqdim olunan və Liqa 1-in 8-ci turunun PSJ – “Lion” matçının 25 oktyabr, bazar günü keçirilməsini qadağan edən qərarını nəzərə alıb. Buna əsasən, qarşılaşmanın 26 oktyabr, bazar ertəsi gününə keçirilməsi barədə qərar qəbul edilib”.
Matçın startı yerli vaxtla gecə saatlarına təyin olunub.
Diqqətçəkən məqam isə odur ki, oyunun keçiriləcəyi həmin axşam – 26 oktyabrda Londonda dünyada ilin ən yaxşısının seçildiyi təntənəli “Qızıl top” mükafatlandırma mərasimi təşkil olunacaq.













