Çempionlar Liqası tarixinin ən yaxşı beş bombardirinin siyahısı məlum olub.
Matc.az xəbər verir ki, beşinci pillədə 72 qolla Kilian Mbappe qərarlaşıb.
Dördüncü yeri 90 qolla Kərim Benzema tutur. Üçüncü sırada isə aktivində 107 qol olan "Barselona"nın sabiq hücumçusu Robert Levandovski yer alıb. Siyahının ikinci pilləsində hazırda "İnter Mayami"də çıxış edən və turnirdə 129 qol vuran Lionel Messidir. Bu siyahıya isə 140 qolla "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo liderlik edir.
Xatırladaq ki, turnirin son qabili PSJ klubudur. Paris təmsilçisi ötən mövsümün finalında Londonun "Arsenal" komandasına qalib gəlib (1:1, penaltilərlə 4:3). Fransa klubu həmçinin 2024/2025 mövsümündə də Çempionlar Liqasının baş mükafatını qazanıb.













