"Mançester Siti"nin sabiq baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində keçirilən "Mançester Siti" – PSJ matçını canlı izləmək üçün "Etihad" stadionuna gəlib.

Matc.az xəbər verir ki, hazırda davam edən qarşılaşmada qonaqlar hesabda irəlidədir (0:2).

İspaniyalı mütəxəssis 2016-cı ildən 2026-cı ilə qədər Mançester təmsilçisinə rəhbərlik edib və bu müddət ərzində komanda ilə bir çox nüfuzlu titullara, o cümlədən Çempionlar Liqası kubokuna sahib çıxıb.

Üçüncü turda "Mançester Siti" oktyabrın 20-də AEK ilə qarşılaşacaq, PSJ isə elə həmin gün "Barselona"nı sınağa çəkəcək.

Xatırladaq ki, turnirin son qalibi PSJ klubudur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest