Qətərin "Əl-Şamal" futbol klubu İngiltərə Premyer Liqasının beşqat çempionu Riyad Mərezin keçidini elan edib.

Matc.az xəbər verir ki, bu barədə komandanın rəsmi saytında məlumat yayıb.

Bildirilir ki, rəsmi bəyanatda oyunçunun müqaviləsinin müddəti göstərilməyib. Bununla belə, "Transfermarkt"ın məlumatına görə, sözləşmə 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. Transferin maliyyə təfərrüatları açıqlanmır. Qeyd olunur ki, əlcəzairli vinger azad agent statusu ilə transfer olunub.

Qeyd edək ki, Mərez İngiltərə Premyer Liqasında debütünü 2014-cü ilin yanvarında "Havr"dan "Lester"ə keçməklə edib. "Tülkülər"in heyətində vinger 179 matça çıxıb, 48 qol və 35 məhsuldar ötürmə ilə fərqlənib. O, Klaudio Ranyerinin rəhbərlik etdiyi komandaya 2015/16 mövsümündə sensasiyalı çempionluq qazanmağa kömək edib.

2018-ci ilin yayında isə Mərez "Lester"i tərk edərək "Mançester Siti" ilə müqavilə imzalayıb. "Şəhərlilər"in heyətində futbolçu 236 matçda meydana çıxıb, 78 qol vurub və 59 məhsuldar ötürmə müəllifi olub. O, mançesterlilərə Çempionlar Liqasını qazanmağa, dörd dəfə İngiltərə çempionu olmağa, üç dəfə Liqa Kubokunu, iki dəfə İngiltərə Kubokunu və bir dəfə İngiltərə Superkubokunu başı üzərinə qaldırmağa kömək edib.

Mərez 2023-cü ilin yayında "Mançester Siti"den ayrılaraq Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna keçib və burada 122 matçda (37 qol və 50 məhsuldar ötürmə) çıxış edib. Ötən gün o, azad agent statusu ilə klubu tərk edib. Bundan əvvəl isə DÇ-2026-dakı uğursuzluqdan sonra milli komandadakı karyerasını başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest