"Real"ın fransalı hücumçusu Kilian Mbappe Çempionlar Liqası tarixində 100 oyun keçirən ən gənc futbolçu olub.

Matc.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, hücumçu Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda "Roma"ya qarşı keçirilən səfər matçında start heyətində meydana çıxıb və o, bu qarşılaşmanı 27 yaş 297 günlüyündə keçirir.

Əvvəlki rekord 100-cü Çempionlar Liqası matçını 28 yaş 84 günlüyündə keçirmiş argentinalı Lionel Messiyə məxsus idi.

Messi də bu nailiyyəti 2015-ci ilin sentyabrında məhz "Roma" ilə qarşılaşmada müəyyənləşdirmişdi. Fransalı futbolçu Çempionlar Liqasında debütünü 2016-cı ildə 17 yaşında, Messi isə 2004-cü ildə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest