"Real"ın baş məşqçisi Joze Mourinyo komandanın hücumçusu Vinisius Juniorun La Liqada dörd oyunluq diskvalifikasiya edilməsi barədə qərara münasibət bildirib.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Bildirilir ki, portuqaliyalı mütəxəssis qərarın Çempionlar Liqasında "Roma" ilə oyun günü açıqlanmasına görə İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsinə etirazını bildirib. Mourinyo bununla bağlı sərt danışıb:

"İspaniya hakim komitəsindən soruşun ki, Vininin Çempionlar Liqasındakı vacib oyunundan bir neçə dəqiqə əvvəl diskvalifikasiya xəbərini niyə dərc etdilər? "Real" İspaniya klubudur, bəs niyə bu xəbəri məhz indi paylaşdılar?"

Vinisius çempionatda "Sevilya" (18 oktyabr), "Barselona" (25 oktyabr), "Rasinq" (1 noyabr) və "Valensiya" (7 noyabr) ilə oyunlarda meydana çıxa bilməyəcək. Daha sonra futbolda yığma komandaların oyunları ilə əlaqədar beynəlxalq fasilə yaranacaq, buna görə də braziliyalı hücumçu "Real"ın heyətində ən tezi noyabrın 22-də keçiriləcək "Selta" ilə matçda yaşıl meydanlara qayıda biləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest