14 Oktyabr 2026, 13:37
FUTBOL
"Sabah" komandasının UEFA Çempionlar Liqasında qazandığı tarixi qələbə sayəsində Azərbaycan UEFA reytinqində öz mövqeyini yaxşılaşdıraraq bir pillə yüksəlib.
Matc.az xəbər verir ki, "Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Çexiyanın "Slaviya" Praqa klubuna qalib gəlməsi ölkəmizin aktivindəki xalları artırıb.
Azərbaycan çempionunun bu qələbəsi ölkə reytinqinə 0,500 əmsal əlavə edib. Bununla da ölkəmizin xal ehtiyatı 24,187-yə yüksəlib və Azərbaycan hazırda 24-cü pillədə qərarlaşıb.
UEFA-nın ölkələr üzrə reytinq siyahısına isə 104,019 xalla İngiltərə başçılıq edir.
Qeyd edək ki, "Sabah" oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada "Slaviya"nı 2:0 hesabı ilə məğlub edib.













