"Real" komandanın qapıçısı Tibo Kurtua ilə əməkdaşlığın uzadılması barədə prinsipial razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, klub Belçika millisinin üzvünü komandanın əsas fiqurlarından biri və dünyanın ən yaxşı qapıçılarından biri hesab edir. Məhz buna görə də şifahi razılıq əldə olunduqdan sonra yaxın vaxtlarda rəsmi müqavilə imzalamaq niyyətindədirlər.
Qeyd etmək lazımdır ki, Kurtuanın Madrid təmsilçisi ilə müqaviləsi gələn ilin iyununda başa çatır. Buna baxmayaraq, insayderin məlumatına görə, belçikalı qolkiper növbəti mövsümdə də "Real"ın qapısını qoruyacaq.
Cari mövsümdə Kurtua klub səviyyəsində 9 matçda meydana çıxıb, qapısından 9 top buraxıb və 2 oyunda qapısını toxunulmaz saxlayıb.













