03 Oktyabr 2026, 16:58
FUTBOL
"Turan Tovuz" və Türkiyənin "Fənərbaxça" klublarının nümayəndələri iki komanda arasında keçiriləcək yoldaşlıq görüşündən öncə Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Matc.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Nümayəndə heyətləri Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.
Qardaş ölkə təmsilçiləri şəhidlərimizin unudulmaz xatirəsinə böyük ehtiram nümayiş etdiriblər.













