CONCACAF Millətlər Liqasının C liqasında Antiqua və Barbuda ilə Angilya arasında oynanan matçda maraqlı anlar yaşanıb.
Matc.az xəbər verir ki, meydan sahiblərinin 5:0 hesabı ilə qalib gəldiyi mübarizəyə Aedan Skipionun saçları damğa vurub.
Angilya millisinin 36 yaşlı futbolçusu 69-cu dəqiqədə oyuna daxil olaraq iki qırmızı vərəqəyə səbəb olub. Ayaq biləklərinə qədər saçı olan Skipio 72-ci dəqiqədə saçı çəkildiyi üçün yerdə qalıb. Antiqua və Barbuda oyunçusu Keon Qrin rəqibinin saçını çəkdiyi əsas gətirilərək oyundan uzaqlaşdırılıb.
Dəqiqələr 90+3-ü göstərərkən bu dəfə geridən qaçaraq rəqibə yaxınlaşan Şalon Nayt, Aedan Skipionun saçını çəkdiyi üçün hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb.
Bu iki qırmızı vərəqədən sonra Antiqua və Barbuda meydanda 9 nəfərlə qalıb.













