Türkiyənin "Bandırmaspor" klubunun müdafiəçisi Tolqa Kalender 25 yaşında vəfat edib.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə I Liqasında çıxış edən klubun mətbuat xidməti məlumat yayıb.

"Klubumuzun dəyərli futbolçusu Tolqa Kalenderin vefatını dərin kədərlə öyrəndik. Bu gənc yaşda həyatdan köçən istedadlı futbolçumuzun ruhunun şad olması üçün dua edirik. Onun ailəsinə, yaxınlarına, komanda yoldaşlarına, onu sevən hər kəsə, eləcə də bütün "Bandırmaspor" futbol ictimaiyyətinə səmimi qəlbdən başsağlığı verir, güc və səbir diləyirik", - deyə klubun yaydığı bəyanatda qeyd olunub.

Oyunçunun ölüm səbəbi açıqlanmır. Lakin buna müdafiəçinin xəstəliyi səbəb oluduğu bildirilir, hansı ki, ölümündən qısa müddət əvvəl o, buna görə xəstəxanaya yerləşdirilib.

"Bandırmaspor"dan başqa, Tolqa Kalender karyerası ərzində "Adana Dəmirspor", "Bayrampaşa" və "Diyarbekirspor" kimi klublarda da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest