"Marsel"də son vaxtlar qeydə alınan uğursuz nəticələr baş məşqçi Bruno Jenezio ilə klubun sahibi Frank Makkurt arasında narazılığı artırıb. PSJ-yə qarşı alınan 1:2 hesablı məğlubiyyətdən sonra fransalı mütəxəssisin, klubun daxilində olduğu vəziyyətlə bağlı rəhbərlikdən daha açıq bir mövqe gözlədiyi bildirilib.

Matc.az xəbər verir ki, bu barədə "Sporx" nəşri məlumat yayıb.

Bildirilir ki, Liqa 1-də PSJ-yə qarşı keçirilən oyunda 1:2 hesabı ilə uduzan "Marsel" çempionatda ardıcıl beşinci məğlubiyyətini alıb. Qarşılaşmadan sonra gözlər bir daha baş məşqçi Bruno Jenezioya çevrilib. Fransalı çalışdırıcının xüsusilə klub sahibi Frank Makkurtun səssiz qalmasından narahat olduğu və onun klubun mövcud vəziyyəti haqqında açıqlama verməli olduğunu düşündüyü qeyd edilib.

Bruno Jenezio ilə rəhbərlik arasındakı fikir ayrılığı ilk dəfə bu mövsüm ortaya çıxmayıb. Avqust ayında Jenezio cinah oyunçusu İqor Payşaonun komandada saxlanılmasını istəmişdi. Ancaq klub sahibi Frank Makkurtun, klubda tətbiq olunan maliyyə qənaəti siyasəti səbəbindən oyunçunun satılmasının tərəfdarı olduğu bildirilmişdi. Bu müddətdə Jenezionun gələcəyi ilə bağlı da sual işarələri yaranmışdı.

"Marsel"in sentyabrın 11-də "Renn"ə 0:1 hesabı ilə uduzduğu qarşılaşmadan sonra da Jenezio klubun iqtisadi şərtlərinə diqqət çəkən açıqlamalar vermişdi. Təcrübəli mütəxəssis, "Bəlkə bəzi şeyləri daha açıq anlatmaq lazımdır. Amma bunu etməli olan şəxs mən deyiləm" ifadələrini işlədərək rəhbərliyə işarə etmişdi. Jenezionun həm idman nəticələri, həm də klubun iqtisadi vəziyyəti haqqında davamlı açıqlama vermək məcburiyyətində qalan isim olmaqdan yorulduğu vurğulanır.

PSJ qarşısındakı 1:2 hesablı məğlubiyyət fransalı mütəxəssisin məyusluğunu daha da artırıb. "Marsel"in bərabərliyi yaxalamasından sonra PSJ-nin yenidən önə keçməsinə olduqca əsəbiləşən Jenezionun matçın sonunda soyunma otağının qarşısında uzun müddət var-gəl etdiyi bildirilib. Fransalı çalışdırıcının xüsusilə komandasının bərabərlikdən sonra yenidən geriyə düşmə formasına etiraz etdiyi qeyd edilib.

Bruno Jenezionun yaşanan hadisələrdən və alınan nəticələrdən ciddi şəkildə təsirləndiyi ifadə edilsə də, mütəxəssisin vəzifəsini buraxmağı düşünmədiyi qeyd olunub.

"Marsel" rəhbərliyi isə Bruno Jenezio ilə yolları ayırmaq qərarına gəlib, lakin onun aylıq 400 min avro maaşı olması səbəbindən bu qərarı rəsmiləşdirə bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest