"Xankəndi" futbol komandası ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hazırda Xankəndi stadionunda təmir işləri davam etdirilir. Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.

İşlər yekunlaşdıqdan sonra Xankəndi stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

Klubun şəhərdəki ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun müəyyənləşdiriləcək.

Qeyd edək ki, "Xankəndi" hazırda ev matçlarını Şamaxı Olimpiya İdman Kompleksində keçirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest