Hücumameylli yarımmüdafiəçi Kevin De Bruyne 2026/27 mövsümünün sonunda "Napoli"dən ayrılmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar çıxılmaza düşüb. Bu səbəbdən cari mövsüm belçikalı üçün "neapollular"ın heyətində sonuncu ola bilər.
Daha əvvəl ulduz futbolçu ilə "İnter Mayami"nin maraqlandığına dair xəbərlər yayılmışdı.
Xatırladaq ki, təcrübəli yarımmüdafiəçi İtaliya klubu rənglərini 2025-ci ilin yayından qoruyur. O, "Mançester Siti"dən ayrıldıqdan sonra azad agent statusu ilə Neapol təmsilçisinə keçib. Həmin vaxtdan bəri komandada 27 oyuna çıxan oyunçu 6 qol və 5 məhsuldar ötürmə ilə yaddaqalan olub.













