Yay mövsümündə 78.5 milyon avro transfer haqqı ödəyən "Qalatasaray"ın heyətinə qatdığı ulduz futbolçular gözlənilən performansı göstərə bilmirlər.

Matc.az xəbər verir ki, mövsümün ilk 6 turunun nəticələrinə əsasən, komandanın yeni rənglərinə bağladığı ulduzlar hələ ki, gözlənilən səviyyədən uzaq görünürlər.

5 oyunçu üçün 78.5 milyon avro xərcləyən "Cimbom", Rafael Leao üçün 38 milyon, Aleksey Batrakov üçün 25 milyon və Dəniz Gül üçün 10 milyon avro bonservis ödəyib. İstanbul təmsilçisi Lesli Uqoçukvu (3 milyon 500 min avro) və Bitşiyabunu (2 milyon avro) isə icarəyə götürüb.

Klubun heyətinə qatdığı 5 futbolçu hələ də qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Bu mövsüm 6-sı Superliqa, 1-i UEFA Çempionlar Liqası olmaqla 7 rəsmi oyuna çıxan "Qalatasaray", ümumilikdə 14 dəfə rəqib qapılarına yol tapıb.

Bu arada "sarı-qırmızılılar"ın çempionatdakı 13 qolundan 6-sını Osimhen, 2-sini Sara vurub. Əbdülkərim, Yunus, Torreyra, Roland Şallai və Davinson Sançes hərəyə bir dəfə fərqləniblər.

Çempionlar Liqasındakı yeganə qol isə Qonsalo İnasio tərəfindən avtoqol kimi qeydə alınıb.

"Qalatasaray"ın müdafiə xətti də əvvəlki günlərini axtarır. Qapısında 10 qol görən İstanbul nəhəngi, ilk 6 matçda 11 qol buraxdığı 1966-67 mövsümünün ardından son 60 ilin ən pis müdafiə başlanğıcına imza atıb.

Yeni transferlərdən Aleksey Batrakov 5 rəsmi qarşılaşmada 230 dəqiqə forma geyinib. Dəniz Gül 4 rəsmi matçda 155 dəqiqə meydanda olub. Uqoçukvu 5 rəsmi oyunda cəmi 62 dəqiqə şans qazanıb. Bitşiyabu isə "Qalatasaray"da hələ heç bir qarşılaşmada meydana çıxmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest