Las-Rosas şəhərində İspaniya Kral Futbol Federasiyasının (RFEF) təşkilatçılığı ilə Məşqçilər Komitəsinin görüşü keçirilib və tədbirdə RFEF-in Hakimlər Texniki Komitəsinin (CTA) prezidenti Fran Soto çıxış edib. O, hakim fiquruna hörmətlə yanaşmağın vacibliyini vurğulayıb və hakim obrazının humanistləşdirilməsi məqsədilə məşqçilərdən "öz komandalarının məsul şəxsləri kimi empatiya nümayiş etdirmələrini" xahiş edib.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, tədbirə qatılmayan tanınmış mütəxəssislər arasında Joze Mourinyo və Manuel Pelleqrini də olub.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik isə tədbirdə iştirak etsə də, kataloniyalıların axşam məşqində iştirak etmək üçün oradan tez ayrılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest