23 Sentyabr 2026, 17:26
FUTBOL
"Araz-Naxçıvan" baş məşqçi postuna Yuri Maksimovu təyin edib.
"Araz-Naxçıvan" baş məşqçi postuna Yuri Maksimovu təyin edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ukraynalı mütəxəssislə anlaşma 2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Məşqçilər korpusuna digər təyinatlarla bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, Yuri Maksimov müxtəlif illərdə "Vorskla", "Dnepr-1", "Polose", "Taraz", "Mordoviya", "Metallurq", "Krivbass", "Obolon", ÇSKA (Kiyev) komandalarında baş məşqçi vəzifəsində çalışıb.
58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər "Keşlə" (indiki "Şamaxı") klubunun baş məşqçisi olub və Azərbaycan kubokunu qazanıb.













