"Milan" və "Benfika"nın 37 yaşlı sabiq müdafiəçisi Adel Taarabt karyerasını başa vurduğunu elan edib.
Matc.az xəbər verir ki, bu barədə futbolçu İnstaqram hesabında məlumat yayıb.
"Mən bu günün gələcəyini bilirdim. Bu səhifəni bağlamaq vaxtı gəldi. Futbol uzun illər boyu həyatımın çox vacib bir hissəsi olub. O, mənə heyrətamiz xatirələr bəxş etdi, inanılmaz insanlarla tanış olmağa və heç vaxt unutmayacağım anlar yaşamağa imkan yaratdı.
Mən sadəcə oynadığım hər bir kluba, hər bir məşqçiyə, hər bir komanda yoldaşıma, klubun hər bir əməkdaşına və təbii ki, bu yolda məni dəstəkləyən hər bir azarkeşə təşəkkür etmək istəyirəm.
"Lans"dan tutmuş "Əl-Şarca"ya qədər təmsil etmək şərəfinə nail olduğum hər bir kluba tariximin bir hissəsi olduqları üçün təşəkkür edirəm. Mərakeş millisindəki çıxışlarım qəlbimdə həmişə xüsusi yer tutacaq", – deyə Taarabt paylaşımında yazıb.
Karyerası ərzində futbolçu "Lans", "Tottenhem", "Fulhem", "Milan", "Cenoa", "Kuinz Park Reyncers", həmçinin BƏƏ-nin "Əl-Nəsr" və "Əl-Şarca" klublarında oynamağa imkan tapıb. Həmçinin onun aktivində Mərakeş millisinde 30 oyun var.












