UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək "Mançester Yunayted" – "Sabah" qarşılaşmasının hakim təyinatları müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanı fransalı baş hakim Villi Delajod idarə edəcək. Yan xətt hakimləri funksiyasını Ervan Finjan və Valentin Evrar yerinə yetirəcəklər. Oyunun dördüncü hakimi Matyo Vernis olacaq. VAR otağında Jerom Brisar əyləşəcək, onun köməkçisi (AVAR) qismində isə serbiyalı Momçilo Markoviç çıxış edəcək.

"Mançester Yunayted" – "Sabah" qarşılaşması sentyabrın 10-da, Bakı vaxtı ilə isə saat 23:00-da "Old Trafford" stadionunda start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest