AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib və Azərbaycan Premyer Liqasının IV turunun oyunları ilə bağlı bəzi klublara qarşı pul cərimələri tətbiq olunub.
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib və Azərbaycan Premyer Liqasının IV turunun oyunları ilə bağlı bəzi klublara qarşı pul cərimələri tətbiq olunub.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Rəsmi qərarlara əsasən, “Kəpəz” – “Şamaxı” matçında meydan sahiblərinin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub ayrılıqda 700 manat məbləğində cərimə olunub.
Analoji intizam qaydalarının pozulması halı “Turan Tovuz” – “Sumqayıt” görüşündə də qeydə alınıb. Həmin oyunda Tovuz təmsilçisinin 5, "Sumqayıt" klubunun isə 6 üzvü sarı vərəqə alıb. Bu səbəbdən hər iki komanda eyni şəkildə 700 manat cərimə edilib.













