"Əl-Qadisiya" "Mançester Siti"nin hücumçusu Mahamadu Sanqarenin keçidini elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin maliyyə detalları açıqlanmır. Lakin "şəhərlilər"in Fransa gənclər yığmasının 19 yaşlı üzvünü təxminən 1 milyon dollara aldığı bildirilir.

Sanqare "Əl-Qadisiya" ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb.

PSJ-nin sabiq hücumçusu ötən yay "Mançester Siti"yə azad agent statusu ilə keçsə də, "şəhərlilər"ın əsas komandasında heç bir oyunda meydana çıxmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest