Türkiyə Superliqasının IV tura start verilib.
Matc.az xəbər verir ki, turun açılış oyununda "Qalatasaray" səfərdə "Başakşəhər"in qonağı olub.
5 qolun vurulduğu gərgin qarşılaşma "sarı-qırmızılılar"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 16-cı dəqiqədə qonaqların heyətində Viktor Osimhen açıb. Meydan sahibləri 66-cı dəqiqədə Eldor Şomurodovun penalti qolu ilə tarazlığı bərpa etsələr də, 71-ci dəqiqədə Lukas Torreyra "Cim-Bom"u yenidən önə keçirib.
Matçın 76-cı dəqiqəsində Davinson Sançes topu öz qapısına göndərərək hesabı 2:2 edib. "Qalatasaray"a qələbə qazandıran qolu isə 90-cı dəqiqədə Qabriel Sara vurub.
Qeyd edək ki, "Başakşəhər"in futbolçusu Umut Bozok 79-cu dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bu qələbədən sonra xallarını 10-a çatdıran "Qalatasaray" turnir cədvəlində liderliyini qoruyub.













