Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun qarşılaşmalarını idarə edəcək hakimlər briqadası məlum olub. Peşəkar Futbol Liqası iki gün ərzində keçiriləcək 4 oyunun hakim təyinatlarını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, turun açılış günündə, avqustun 22-də keçiriləcək "Qəbələ" – "Şəfa" matçının baş hakimi İnqilab Məmmədov olacaq. Ona yan xətlərdə Rahil Ramazanov və Gülnurə Əkbərzadə kömək edəcəklər. Həmin gün saat 20:45-də start götürəcək "Zirə" – "İmişli" görüşünü isə Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Avqustun 23-də baş tutacaq digər iki qarşılaşmada da ədalət təmsilçiləri müəyyənləşib. "Turan Tovuz" – "Şamaxı" oyununda rəsmi şəxslər Rauf Cabarov, Eyyub İbrahimov və Tərlan Talıbzadə olacaq. Turun son matçı olan "Neftçi" – "Araz-Naxçıvan" qarşılaşması isə Rəşad Əhmədova tapşırılıb.
22 avqust (şənbə)
“Qəbələ” – “Şəfa”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu, 18:30
“Zirə” – “İmişli”
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İdman Kompleksinin stadionu, 20:45
23 avqust (bazar)
“Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
VAR: Vüqar Həsənli
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu, 18:30
“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Palms Sports Arena” 20:45













