21 Avqust 2026, 10:27
FUTBOL
Kabo-Verde milli komandasına yeni baş məşqçi təyin olunub. Bu vəzifə 51 yaşlı mütəxəssis Humberto Bettenkura tapşırılıb.
Matc.az xəbər verir ki, bu barədə qrumun mətbuat xidməti məlumat yayıb.
Rəsmi bəyanatda müqavilənin müddəti və ya maliyyə şərtləri barədə heç bir məlumat verilməyib.
Bettenkur 2020-ci ilin yanvarından bəri komandanın sabiq baş məşqçisi Bubiştanın köməkçisi vəzifəsində çalışıb.
Məhz onun rəhbərliyi altında "mavi akulalar" dünya çempionatının 1/16 finalına qədər yüksəliblər və orada gərgin mübarizədə argentinalılara məğlub olublar (2:3).
Ümumiyyətlə, bu, Kabo-Verde tarixində ilk dünya çempionatı olub.













